Ana səhifə / Sosial / “Novella Cəfəroğlunun siyasi məhbus siyahısına bişmiş toyuğun da gülməyi gəlir”

“Novella Cəfəroğlunun siyasi məhbus siyahısına bişmiş toyuğun da gülməyi gəlir”

Mahmud Hacıyev: “İstintaq altında olanların da adı siyasi məhbus siyahısına daxil edilməlidir”
“Bəzi hüquq müdafiəçiləri sadəcə hoqqabazlıqla məşğuldur”

Son günlər hüquq müdafiəçiləri və müxalif siyailər arasında ölkədəki siyasi məhbusların sayı ilə bağlı ciddi mübahisə və müzakirələr aparılmaqdadır.

Insan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu mətbuata açıqlamasında tərtib etdikləri siyahıda 10-12nəfərin adının yer aldığını bildirməklə yaanşı, digər siyahılarda şişirdilmələrə yer verildiyini vurğulayıb:

“Bizim siyahıda 10-12 məhbusun adı qalıb. Məhkəmələri gedənləri məhbus siyahısına salmırıq. Çünki ola bilər ki, məhkəmə gedən vaxtı o şəxslərdən azadlığa buraxılanlar oldu. Biz həmin məhbusların məsələsini qaldıracağıq ki, bunları azad edin. Əgər azad olunmasalar, o zaman məhbus siyahımıza adlarını salacağıq. Özlərindən siyahılar hazırlayanlar həmin məhbusların vəziyyətlərini sadəcə çətinləşdirirlər. Bu yolla guya ki, həmin şəxslər azad olunacaqlar. Bilirəm ki, hazırladıqları siyahılarda adları olanların yarısı əldəqayırmadır. Orada elə şəxslər var ki, məhkəmələri, istintaqları gedir. Biz çalışırıq ki, onları məhkəmədən azad etdirək. Siyasi məhbus sözünü onlar ucuzlaşdırırlar. Məhbus siyahıları ətrafında yaranan qalmaqallarla bağlı bir söz deyə bilmərəm. Onların özləri yaxşı bilirlər ki, nəyə etiraz edirlər”.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən sabiq polis rəisi, tanınmış hüquqşünas Mahmud Hacıyev hüquq müdafiəçisi kimi çalışan bəzi şəxslərin gərəkli hüquqi biliyə, məhkəmə-istintaq təcrübəsinə malik olmadığı üçün bir çox hallarda öz mülahizələrində hüquqi-məntiqi yanlışlığa yol verdiyini vurğuladı:

“Siyasi məhbuslarla bağlı son vaxtlar müxtəlif siyahılar tərtib olunmaqdadır. Bu müxtəliflik hüquq müdafiəçiləri, siyasilər arasındakı fikir müxtəlifliyinin nəticəsidir. Bu günlərdə hüquq müdafiəçiləindən Novella Cəfəroğlu da məsələ il bağlı öz mövqeyini ortaya qoyub.

Öncə onu qeyd edim ki, bu gün gündəmdə olan hüquq müdafiəçiləri təxminən 10-15 il bundan öncə fəaliyyətə başlayıblar. O zaman hüquqşünas olmayan, hüququ biliklərdən məhrum olan, məhkəmə-istintaq təcrübəsinə yiyələnməyən qanunvericilii bilməyən müəyyən adamlar da özlərini hüquq müdafiəçisi adı altında QHT-lərə daxil etdi. Müəyyən müsbət fəaliyyətləri də oldu ki, biz buna görə onlara “sağ ol” deyirik.

Son vaxtlar hüquq müdafiəçiləri arasında siyasi məhbus siyahıları ilə bağlı mübahisə və müzakirələr gedir. Əsas mübahisə predmeti də onların sayı ilə bağlıdır. 166 nəfər bir siyahıda, 94 nəfəri isə digər siyahıdadır. 10 nəfər isə Novella Cəfəroğlunun siyahısındadır. Hüquq müdafiəçisi deyiln şəxs hüquq-mühafizə orqanlarında işləməklə müəyyən qanunvericiliyi, məhkəmə-istintaq işlərini bilməlidir. N.Cəfəroğlu bildirib ki, digər hüquq müdafiəçilərinin siyahısında yer alan şəxslərin bir qismi əldəqayırmadır. “Əldəqayırma” sözünün özü istər hüquqi-məntiqi baxımdan, istərsə də mediada yer almaq baxımından düzgün ifadə deyil. Məhbəs həyatı yaşayan hər hanı bir şəxs üçün əldəqayırma sözü işlətmək hardasa düzgün sayıla bilməz. N.Cəfəroğlu bildirir ki, onun tərtib etdiyi siyahıda 10 nəfərin adı var. Bu saya bişmiş toyuğun da gülməyi gəlir. Çünki son 10-15 ildəki məhkəmə-istintaq təcrübəsini götürəndə, həbs edilən, hazırda istintaq altında olan şəxslərə nəzər salanda 10 rəqəmlik siyahı doğrudan da gülüş doğurur. Bəzi siyahılar isə kifayət qədər əsaslandırılıb.

N.Cəfəroğlu bildirir ki,elə adamlar var ki, istintaq altında yatır, hələ məhkəmələri olmayıb. Onları siyahıya salmağın mənası yoxdur. Qanunvericiliyi lazımınca bilməyəndə bu cür ifadələr, yanaşmalar meydana çıxır. Istintaq altında yatan da barəsində həbs-qətimlan tədbiri seçilmiş adamdır. Fakt odur ki, bu insan həbsdədir. Ittiham aktı yazılıb. Bu baxımdan Novella xanımın məsələyə bu aspektdən yanaşması hüquqi baxımdan əsassızdır.

Qeyd etdiyimiz kimi, istintaq gedən adam haqqında ittiham haqqı elan olunur. Ikincisi, axırıncı 10-15 ildə belə bir hadisə olubmu ki, barəsində ittiham aktı elan edilən hər hansı bir şəxsin işi məhkəməyə gedəndən sonra məhkəmə onu açıb buraxıb? Son illərin istintaq-məhkəmə təcrübəsində bizə belə bir şey rast gəlməyib. Bəlkə biz bilmirik, Novella xanım bilirsə desin biz də bilək.

Mən məsələ ilə bağlı Mehman Əliyevin də fikirləri ilə tanış oldum. Bu fikirlər olduqca əsaslandırılmış fikirlər idi. M.Əliyev də haqlı olaraq iddia edir ki, bu şəxslər barələrində məhkəmə qərarı olsa da-olmasa da istintaq altındadırlar və həbsdə yatırlar. Onların adının siyasi məhbus siyahısına salınmasına ehtiyac var.

Nardaran işi ilə bağlı da elə adamlar var ki, onların istintaqı, eləsi də var ki, onların məhkəməsi gedir. Lakin bütün bunlara baxmayaraq, bu qəbildən olan şəxslər də siyahıya salınmalıdır. Çünki Nardaran işində də siyasi motivlər var və buna görə də onların bəzisinin adı bu siyahıda yer almalıdır.

Hüquq müdafiəçilərinin son 10-15 ildəki fəaliyyətinə nəzər salanda görürük ki, onların bəzisi hüquq müdafiəçisindən daha çox hoqqabazlıqla məşğuldur. Azərbaycanın eni ilə uzunu 500 kilometrdir. Bu ölkədə kim kimin havasına oynayır, bunu hamı bilir. Kimsə bu həqiqəti yaddan çıxartmamalıdır”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın