Ana səhifə / Sosial / Növbəti üç gündə havanın temperaturu tədricən yüksələcək – PROQNOZ

Növbəti üç gündə havanın temperaturu tədricən yüksələcək – PROQNOZ

“Azərbaycanda növbəti üç gündə havanın temperaturu tədricən yüksələcək”.
Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, bu gündən ölkə ərazisində hava şəraiti sabitləşib: “Növbəti 3 gün ərzində ölkə ərazisində hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək. Ola bilsin bəzi rayonlarda çiskin müşahidə olunsun, amma hava şəraiti gün ərzində yağmursuz olacaq”.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …