Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / Sosial / Növbəti iki gündə yağış yağacaq, külək əsəcək – HAVA PROQNOZU

Növbəti iki gündə yağış yağacaq, külək əsəcək – HAVA PROQNOZU

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, yanvarın 8-9-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir: “Gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı ehtimal olunur. Mülayim cənub-şərq küləyi 9-u axşam arabir güclənən şimal qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu 9-12 dərəcə arasında dəyişəcək”.

Onun sözlərinə görə, yanvarın 8-9-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəcək: “Lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Havanın temperaturu 9-14 dərəcə, dağlıq ərazilərdə isə 3-6 dərəcə arasında dəyişəcək”.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …