Ana səhifə / Sosial / Nizami rayonunda yaşıllıq məhv edilib (VİDEO)

Nizami rayonunda yaşıllıq məhv edilib (VİDEO)

Bakının Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 25 ünvanında yaşıllıq məhv edilib.

10-dan çox ağacın qanunsuz şəkildə kəsilməsi ilə bağlı iddialar var.

Naməlum şəxs və ya şəxslər əvvəlcə ağacları kəsiblər, sonra onların köklərini yandırmaq üçün dibində ocaq qalayıblar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ərazidə olub, araşdırma aparılır.

Qeyd edək ki, “Yaşıllıqların mühafizəsi haqqınd”a qanuna əsasən dövlət mülkiyyətində olan torpağın üzərindəki yaşıllıqlar götürülə, kəsilə və ya köçürülə bilməz. Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların götürülməsinə və ya köçürülməsinə isə mülkiyyət sahibi özü qərar verə bilər.

Həmçinin oxuyun

Qadınla kişinin ağıl müqayisəsində parkovka amili…

Hər zaman qarşılaşdığımız mənzərədir. Əlində sürücülük vəsiqəsi, altında gözəl maşını olan, hətta uzun illər boyu …