Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / “Nizami” Kino Mərkəzinin qarşısında kütləvi dava

“Nizami” Kino Mərkəzinin qarşısında kütləvi dava

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

“Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, Bülbül prospektində qeydə alınıb.

“Nizami” Kino Mərkəzinin qarşısındakı səkidə 6 nəfər arasında əlbəyaxa dava düşüb. Dava zamanı Məmmədov Emin Mahir oğlu və Kişiyev Fərid Cəlil oğlu qarın və kürək nahiyələrindən bıçaqlanıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən şəxsin və ya şəxslərin axtarışına başlayıb.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …