Şənbə , Oktyabr 1 2022
Ana səhifə / Sosial / Niyə məktəblərdə dərsliklər çatışmır? – AÇIQLAMA

Niyə məktəblərdə dərsliklər çatışmır? – AÇIQLAMA

Azərbaycanda yeni tədris ilinin başlanması ilə problemlər də özünü büruzə verməyə başlayıb.

Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yarandığını bildirirlər.

Məsələ barədə Elm və Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan tələbat əsasında təmin edilirlər:

“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”.

Həmçinin oxuyun

Pensiyaların indeksləşdirilməsi qaydasına dəyişiklik olunur

Əmək pensiyalarının indeksləşdirilməsi qaydasına dəyişiklik olunur. Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Əmək …