Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Nişanlı qız başqasına qoşuldu qaçdı, sonra onu da atıb qaçdı – VİDEO

Nişanlı qız başqasına qoşuldu qaçdı, sonra onu da atıb qaçdı – VİDEO

ATV kanalında yayımlanan “Bizimləsən” verilişində gərgin anlar yaşanıb.

Verilişə müraciət edən Natavan adlı qadın qızı Nərminin itkin düşdüyünü bildirib. Evli olan qadının həyat yoldaşı canlı efirə bağlanaraq Nərminin itkin düşməsindən danışıb:

“Nərmin iyulun 1-i evi tərk edib. Mən Bakıda oteldə işləyirdim. Biz Binəqədidə tanış olduq. Həmin vaxt mən onun nişanlı olduğunu bilmirdim. Mənə dedi ki, məni başqasına verəcəklər ona görə də biz qaçmalıyıq. Mən Nərmini qaçıranda onun nişanlı olduğunu bilmirdim.

Mən işdə idim anam bazara getmişdi. Üstündən bir saat keçəndən sonra anam zəng etdi ki, Nərmin yoxdur. Hər yeri axtarsaq da biz onu tapmadıq. Dünən Nərminlə danışdım. Mənə İsmayıllıda sığınacaqda olduğunu dedi. Mən ondan geri qayıtmasını istədim”.
Verilişdən olan həmin hissəni təqdim edirik:

Sonxeber.az

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …