Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Nikol Paşinyan: “Azərbaycan 7 milyardlıq silahı ona görə almayıb ki, güzəştə getsin”

Nikol Paşinyan: “Azərbaycan 7 milyardlıq silahı ona görə almayıb ki, güzəştə getsin”

Erməni “Çıxış”, blokunun liderlərindən biri, deputat Nikol Paşinyan hesab edir ki, bu gün Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkün deyil.

O vurğulayıb ki, hər şeydən əvvəl Qarabağ məsələsi ətrafında yaranmış vəziyyəti ciddi dərk etmək lazımdır ki, nə baş verdiyini anlamaq mümkün olsun.

“Güc balansının pozulması baş verib. Azərbaycan 7 milyardlıq silahı ona görə almayıb ki, güzəştə getsin. Və bizə dəfələrlə deyirlər, əziz xalq, bir halda ki, Azərbaycan 7 milyardlıq silah alıb, gəlin təslim olaq. Biz isə deyirik, yox, elə deyil, biz orduya çəkilən xərclərin strukturunun dəyişikliyi, hərbi sənaye kompleksinin formalaşdırılması hesabına hərbi güc balansını bərpa etməliyik. Bu gün vəziyyət hərbi həlli ehtiva edir, sülh yolu ilə həll təsəvvür edilmir”, – deyə Paşinyan vurğulayıb.

“Ermənistan əks-təsir üçün çox resurslara malik deyil” fikrinə Paşinyan daha sərt reaksiya verib: “Niyə malik deyilik? Serj Sarkisyan, Levon Ter-Petrosyan, Robert Koçaryan, niyə bizdə resurs yoxdur, siz 25 il ərzində nə ilə məşğul olmuşunuz ki, bizdə resurs yoxdur?! İnsan resursu hara yox oldu? Mühacirət etdi! Mən soruşuram, necə olur ki, bizdə qırıcı aviasiya yoxdur, amma sizdə “qırıcı” evlər, “qırıcı” maşınlar var? Bu insanlar böyük resursları xərclədilər, hansı ki, Üçüncü respublikanı qüdrətli dövlətə çevirə bilərdi”.

Yeri gəlmişkən, Paşinyan, hansı ki, 2008-ci və 2012-ci il seçkilərində Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla əməkdaşlıq edirdi, onun sülh planını tənqid etdi. Paşinyananın fikrincə, Ter-Petrosyanın bəyanatları cari siyasi proseslərdən qopardılıb. (Virtualaz.org)

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın