Cümə , Oktyabr 18 2019
Ana səhifə / Sosial / Nikah və boşanma hallarının daha çox qeydə alındığı şəhərlər

Nikah və boşanma hallarının daha çox qeydə alındığı şəhərlər

Bu il Azərbaycanda nikah və boşanma hallarının daha çox qeydə alındığı rayon və şəhərlərin adları açıqlanıb.

Dövlət Statistika Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, 2019-cu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 29 391 nikah və 8257 boşanma halları qeydə alınıb.

Bu dövr ərzində daha çox nikaha daxil olma Bakı (6910), Sumqayıt (1 040), Gəncə (825) şəhərlərində və Ağdam (679), Şəmkir (674) rayonlarında, boşanma isə Bakı (2508), Sumqayıt (370), Gəncə (358) şəhərlərində və Ağdam (210), Masallı (176) rayonlarında olub.

Həmçinin oxuyun

Bakıda yeni doğlan körpə küçəyə atıldı – VİDEO

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.  Oxu.az xəbər verir ki, uşaq tapılan …