Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Sosial / Nikah müqaviləsi məcburi olsun! – TƏKLİF

Nikah müqaviləsi məcburi olsun! – TƏKLİF

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Sədaqət Vəliyeva Ailə Məcəlləsinə dəyişiklik edilməsini və nikah müqaviləsinin məcburiləşdirilməsini təklif edib.

AzVision.az-ın məlumatına görə, komitənin bu gün keçirilən iclasında deputat deyib ki, nikah müqaviləsi məcburi olarsa, boşanmaların sayı azalar:

“Azərbaycanda boşanmaların sayı çoxalıb. Bunun səbəbi məsuliyyətin olmamasıdır. Nikah müqaviləsi məcburiləşdirilməlidir. Burada könüllük olmamalıdır. Müqavilə olmadıqda boşanmaların sayı getdikcə artır. Belə olan halda uşaqları anaları saxlayır. Bəzən də uşağı tərəflərin heç biri saxlamır”- xanım deputat vurğulayıb.

Həmçinin oxuyun

“Azəriqaz” məlumat yaydı: Güzəşt ediləcək

2020-ci ilin sonu və bu ilin əvvəllərində bəzi istixana sahibləri xarici bazara çıxışda müəyyən çətinliklərlə …