Ana səhifə / Sosial / Nemət Pənahlının Türklərə nifrətinin kökündə nə durur?

Nemət Pənahlının Türklərə nifrətinin kökündə nə durur?

ll yazı.
“Azadlıq aşiqi”nin qəfildən Məhəmməd Hatəmi Tantəkini xatırlaması da səbəbsiz deyil. Rəhmətlik Hatəminin Nemət Pənahlı barəsində yazdıqlarından xəbərdar olanlar yaxşı bilirlər ki, bu iki şəxs arasında münasibət yalnız patoloji nifrətdən ibarət olub. “Azadlıq aşiqi” Hatəmini İran ajanı, rəhmətlik isə Neməti “KQB” adamı adlandırıb. Bəs, onda bu qəfil dostluğun səbəbi nə idi? Bəli, Məhəmməd bəyin dünyasını dəyişməsilə N.Pənahlının bir çox planlarının üstünü qara torpaq bağladı. Belə söyləmək mümkünsə, “qara torpaq qara qəlblilərin ürəyində qara qanlar axıtdı.” Yoxsa, ” xəmir çox su aparacaqdı”. Əbülfəz Elçibəyin ruhu incidiləcək, onun da haqqına “əl” atılacaqdı. Axı, kim bilmədi ki, Ə.Elçibəyin ruhuna məqsədyönlü total hücum təşkil edilib. Burada Nemət, xarici ölkələrdə isə Mahir Cavadov və hətta “Meydan”adlanan, məqsədi, məramı, kimlərə xidmət göstərdiyi bəlli olmayan telekanalda Emin Milli adlı birisi total hücuma qoşulmuşdu. Ge Gevaranı, Nelson Mandelanı ağızdolusu təblig edən eminkimilər ölkəmizdə liderlərin təbliğinə qısqanclıqla yanaşırlar. Əlbəttə,faydasız bir göstəridir…Dünya durduqca tarix araşdırılacaq, kimlərin bəyənib-bəyənməməsindən asılı olmayarq tarixi yaradanlar və yazanların izini itirmək mümkün olmayacaq. “Azadlıq aşiqinin” Əbülfəz Elçibəyə total hücumda iştirak etməsinin yeganə səbəbi iddialar məngənəsində boğulmasıdır. O,12-13 gün Azadlıq meydanında “moizə”lər söyləməsinə rəğmən, bütövlükdə Milli Azadlıq Hərəkatı liderliyinə iddialı olduğunu heç bir zaman gizlətməyib. Həmin “moizə”lərdən yadımda qalanı “yaşıl qurbağanın nağılı” olub ki, Nemət bunu təkrar-təkrar söyləməkdən xüsusi ləzzət alırdı. Başqa nə bilirdi ki…

Böyük hörmət bəslədiklərim hərəkatçı qardaşlarımızdan olan Ədalət Yusibov və Aydın Şükürün sosial şəbəkədə yazdıqları diqqətimi çəkdi. Ədalət bəy yazır; bu adamın səsi mənə doğma gəlmədi. Bir az qulaq asdım, sıxıldım və meydanı tərk etdim. Aydın bəy isə Nemətin tribuna sözünü turbina kimi tələffüz etdiyini xatırladıb. Meydan tək Nemətdən ibarət deyildi. Natiqlər sırasında millətin dəyərli oğulları kifayət qədər idi. O zaman Xalq Təsərrüfatı institunun tələbəsi olan Milli Azadlıq Hərəkatının qəhrəmanlarından olmuş Fərəməz Allahverdiyevi unutmaq olarmı?!Onun aclıq hərəkatına başlaması ,günlərlə ac qalmasına baxmayaraq milyonları riqqətə gətirən nitqi heç qulaqlardan çəkilməyib ki. Nemət isə hər kəsi unudub-Ədaləti, Aydını, Fərəməzi, Köçərini… Və yüzlərlə öndə olanları unudub Nemət. Təəssüf ki, bir zamanlar sifarişlə yazdıqlarını da unudub…Məhz həmin səbəbdən bəzi xatırlatmalara ehtiac duyulur…
“Türkiyə və türklər əleyhinə yazı haradan qaynaqlanıb?
Ötən yazımda qeyd etmişdim ki, “azadlıq aşiqi” bir müddət İranda yaşamalı olub. Fantaziyalarında qeyd edir ki, guya, orada həbs edilib, zindan həyatı yaşamalı olub və hətta quşların belə sərhədlərini poza bilmədiyi İran həbsxsnasından qaçmağa nail olub. Demişdim axı, bu adam nağıl aşiqidi və uzun illər “Ağ atlı oglan”ın nagılını təkrar-təkrar oxuyub. Mənim bildiyim odur ki, İran ayətullahları Nemətə sıcaq münasibət bəsləyib və sevdikləri yağlı plovu onunla birgə çox təam ediblər. Yağlı plov “azadlıq aşiqi”nə çox məqamları unutdurduğundan “Meydan”qəzetinin 30 iyun 1993-cü il tarixli sayında hətta Qardaş Cümhuriyyətimiz Türkiyə və bir millət olduğumuz kimsədə şübhə doğurmayan Türklər barəsində adətinə uygun olaraq “agzını açıb,gözünü yumub”.
Diqqət yetirin və N.Pənahlının söylədiklərinin fars şovinistlərinin mənafeyinə, ideoloji xəttinə nə qədər uyğun gəldiyini özünüz müəyyən edin! Beləliklə, N.Pənahlı yazır “hər gün Azərbaycandan Türkiyəyə yüzlərlə nəhəng maşın gedir. Sərvətlərimizi,var-dövlətimizi sənədsiz-filansız söküb aparırlar. Biz Rusiyanın qarasınca deyinirik, ancaq Həzrət Abbasın qələm qollarına and olsun ki, o bədbəxtlərin 200 ildə apara bilmədiklərini qan qardaşı dediyimiz türklər 2 ildə dağıdlb aparacaqlar. Bu, həmin türklərdir ki, küçədə acından ölsən belə, çörək satanı sənə bir parça çörək, susuzluqdan yansan belə, su köşkündə işləyəni sənə bir bardaq su verməyəcək. Onlarınkı “ver-verim”dir. Əsl müsəlman bizik, onlar yox. Biz Şərq mədəniyyətinə, Şərq adət-ənənəsinə söykənmişik, onlar Avropa. Heç iki il deyil ki,bağımsızlığımızı elan etmişik, ancaq yüzlərlə nəhəng müəssisələrimizi, mehmanxanalarımızı,məktəblərimizi, yaşayış binalarımızı ,uşaq evlərimizi, iri quşçuluq kombinatlarımızı öz əllərinə keçiriblər. Əvəzində Pənah Hüseynovların, İsa Qəmbərlərin, Arif Hacıyevlərin adına banklarda hesablar açdırıblar. İstanbulda Bosfor sahilində onlar üçün padşah sarayları tikdiriblər ki, vəzifələrini itirəndən sonra küçədə qalmasınlar. Respublikanın başında öz doğma torpağını, qədirbilən xalqını tükənməz məhəbbətlə sevən, onun qeyrətini öz qeyrəti, onun şərəfini öz şərəfi sayan müdrik siyasətçilər, ağıllı iqtisadçılar əyləşib ölkəni namusla idarə edəcəklər. Bu şərəfli yolda Allah onlara yar olsun!”
Dəqiq söyləyə bilərəm ki, İran aətullahlarının cücəli, yağlı plovu üstündən şərbət içəndən sonra “azadlıq aşiqini” məsti-xumar edib. Söz verib, and içib, mən yalandan dönmərəm deyib. Düşünürəm ki, əlavə şərhə ehtiyac duyulmur. Ancaq bir-neçə kəlmə söyləməmiz gərək…
Ardı var…

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …

Bir cavab yazın