Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Nemət Pənahlı:” Başlanğıc da ağdır, son da ağ olacaq”

Nemət Pənahlı:” Başlanğıc da ağdır, son da ağ olacaq”

Novruz bayramında verilən əfv sərəncamı ilə azadlığa buraxılan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının ağ paltarda azadlığa çıxması, hazırda bu paltarda da olması günlərdir müzakirə olunur. Xüsusilə, partiya sədrinin məhkəməsi zamanı da ağ rəngli geyimdə olması, eləcə də,  bu rəngin daşıdığı mənalar suallar yaradır. Çoxları bu rəngin ağ kəfən anlamını daşıdığını düşünür. 
 Nemət Pənahlı özü isə ağ rəngi seçməsini belə əsaslandırdı: “Ağ paklıq, müqəddəslik, saflıq, yenilməzlik rəmzidir. Mənaları hədsiz dərəcədə çoxdur. Ona görə də mən məhkəmədə də bu rəngdə oldum. Mənə nə qədər ləkə atsalar da, yapışmadı. Deyirlər, ağ paltar tez ləkə götürür. Amma mən həbsə də ağ rəngdə girdim, oradan da bu rəngdə çıxdım. Nə qədər ləkə atsalar da, məni ləkələyə bilmədilər. Məni tanıyanlar bilir ki, ağ paltarı bu gün geyinməmişəm. Ağ paltarı 16 yaşımdan geyinib bu yola çıxmışam. Milli azadlıq hərəkatı zamanı da meydanda ağ paltar geyinmişəm. Bu yol hələ də davam edir. Sonda da ağ kəfənə bürünüb bu dünyadan gedəcəyik. Başlanğıc da ağdır, son da ağ olacaq”.
Partiya sədri bütün rənglərin rəngsizlikdən yarandığını da söylədi:” Rənglərin şahı ağdır. Bu rəngin mənaları həddindən artıq zəngindir. Doğrudur, ağ rəng kəfən mənasında, daha çox döyüş rəmzi kimi izah olunur. Amma unutmayaq ki, ailə quranda da gəlin ağ paltar geyinir. Çünki bu müqəddəs rəngdir, çalarları da çoxdur. Tariximizə nəzər yetirsək, bu rəngin müqəddəsliyini bir daha anlayacağıq. Məsələn, “Ağ at”, “Ağ atlı oğlan” və.s. Xahiş edirəm ki, bu rəngi bəsitləşdirib, bir mənada qələmə verməyək. 7 rəngin çalarları ağ-qara rəngdən yaranıb. Bütün rənglər hər iki rəngin qarışığından yaranıb”.
Qeyd edək ki, Nemət Pənahlı 5 il 2 ay həbsə olduqdan sonra, azadlığa buraxılmasına 10 ay qalmış prezidentin martın 17-də imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın