Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Sosial / Neftçilər xəstəxanası borc içində?

Neftçilər xəstəxanası borc içində?

Respublikamızda səhiyyənin inkişafına dövlət qayğısı onun ən müasir dünya və Avropa standartları səviyyəsində qurulmasına xidmət edir. İstər dövlət istərsə də özəl tibb müəssisələrinin maddi-texniki bazasının habelə tibbi kadr personalının son dövrlər sürətlə inkişafı məhz bu amillərdən qaynaqlanır. Respublikamızda xüsusi çəkisi ilə seçilən adı ölkəmizin hüdudlarından çox-çox uzaqlarda tanınan Mərkəzi Neftçilər Xəstəxanasının bu gün borc içində çətin maddi sıxıntı keçirdiyini eşidəndə heyrətlənməyə bilmirsən. Həm də bunu hansısa kənar şəxslər yox, tibb ocağının öz işçiləri, nümayəndələri dilə gətirir. Neftçilər Xəstəxanasına uzun müddətdən bəri rəhbərlik edən Leyla Seyidbəyli vaxtilə Baki səhiyyəsinə rəhbərlik edib, işgüzar nüfuzu ilə seçilib. Amma bu gün respublika səhiyyəsinin aparıcı tibb ocağındakı bügünki mövcüd reallıq, işçilərin narazılığı, hətta Səhiyyə nazirliyinə üz tutmaları adamda bu rəhbər kadrın yaş həddi ilə bağlı yorğunluq keçirdiyininmi yoxsa artıq idarəetmə işində kifayət qədər hərvaxt, çevik, operativ ola bilməməsininmi nəticəsi olduğunu deməyə çətinlik çəkirik.

Böyük gəlirlə işləyən xəstəxananın tibb bacıları doğrudanmı 116 manat əmək haqqı alır. Və hətta xəstəxana bu məbləği belə ödəmək iqtidarında deyil?

Axı burada ürək-damar cərrahiyyəsi sahəsində respublikanın bir növbəli cərrahı çalışır. Digər sahələrdə də kifayət qədər tanınmış tibbi kadrlar fəaliyyət göstərir. Cərrahi əməliyyatlar və müalicə xərcləri burada çox yüksəkdir.  İnsanlar buna baxmayaraq yüksək tibbi xidmət ocağına üz tuturlar. Belə bir tibb ocağında 2 milyon manat pensiya fonduna, dərman və tibbi avadanlıqlara borcu olması adama təəccüblü gəlir. Halbuki, bu rəqəm xəstəxana üçün çox cüzi məbləğdir. Üstəlik işçilərin öz hesabına məzuniyyətə göndərilməsi barədə deyilənlər də heç cür başa düşülən deyil. İşçilər baş direktorun aptekdə öz adamını qoyduğunu, dərmanların satdırıldığını demələri MRT, UZİ, KT müayinələrinin gəlirlərinin baş direktorun cibinə axması barədə səhiyyə nazirliyinə də məlumat vermələri də hələ ki, nəticəsiz qalıb. Narazı personal bildirir ki, Leyla xanım onlara “hara üz tutsalar da heç bir nəticə verməyəcəyinə” qəti əminliklə bildirib. Üstəlik vəzifədə olan qardaşının onun arxasında olmasına eyhamla işarə vurub. Bəlkə də baş direktor dövlət başçısının məmur övladları və sair vəzifəli şəxslərin qanunsuz əməlləri barədə dediklərinin məmur qohumları, doğmalarına aidiyyatı olmadığı qənaətindədir?

Mərkəzi Neftçilər xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyevin olması da kollektiv də çoxları üçün ürəkaçan hal deyil. Burada ürək açmayan hallar deyəsən sadalamaqla qurtarası deyil. Bu yerdə yazıya nöqtə qoyuruq.

P.S. Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək üçün Leyla xanımla əlaqə yaratmaq cəhdimiz təəssüf ki alınmadı. Buna baxmayaraq qarşı tərəfin də fikrini dərc etməyə hazırıq.

10 may.az

Həmçinin oxuyun

Kərəm Həsənovdan Prezidentə şikayət olundu – NARAZILIQ…

Bakı şəhər sakini Gülarə Əliyeva Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri Kərəm Həsənovdan redaksiyamıza şikayət …