Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Neftçilər: “SOCAR iş elanı verən kimi portal işləmir”

Neftçilər: “SOCAR iş elanı verən kimi portal işləmir”

SOCAR-da vakant yerlər elan olunan kimi İnsan Resursları Departamentinin portalı işləmir, aylarla ixtisasa uyğun iş gözləyirik, amma portala girə bilmirik. Sistemə daxil ola bilmək üçün müxtəlif brauzerdən istifadə edirik”.

Bunu SOCAR-da çalışan neftçilər bildiriblər. İşdən çıxarılma təhlükəsi səbəbindən adının açıqlanmasını istəməyən neftçi deyib ki, son günlər “Yandex” brauzeri vasitəsilə daxil ola bilirlər, o da müəyyən telefon modelləri üçün keçərlidir. Portaln işləməməsi səbəbindən kütləvi şikayət olduğundan problemdən həm “Azneft” İstehsalat Birliyinin, həm də İnsan Resurslari Departamentinin rəhbərliyi xəbərdardır.

“Bilirik ki, portalın saxlanılmasına ayda kifayət qədər vəsait xərclənilir. Belə olduğu halda problemin dəfələrlə təkrarlanmasınn səbəbi nədir? Deyirlər ki, portal həftə sonları işləmir, hər dəfə girəndə şifrənin dəyişməsi üçün xəbərdarlıq gəlir, bu problemlə rastlaşanlar çoxdur”,-başqa bir neftçi deyib.

Vakansiyanin qeydiyyat muddəti qısa müddət olur, buna görə də portala girə bilməyən işçi çarəsiz duruma düşür.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə deyib ki, bununla bağlı rəhbərlik etdiyi təşkilata müraciətlər daxil olub. İşçilər portala girə bilmirlər, dekabrdan indiyədək problem həll olunmayıb.

“Portal bağlı olursa, müraciət necə edilir? Əgər sonradan həmin elan olunan vəzifəyə kimsə qəbul olunsa, bunun izahını necə verəcəklər? Bu halda şirkətdə işə qəbulda şəffaflıq təmin olunurmu? Bu suallara cavab istəyirəm”,-hüquq müdafiəçisi deyib.

SOCAR-dan isə sualları cavablandırmayıblar.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …