Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Sosial / Neçə məktəb vahid formadan imtina edib? – AÇIQLAMA

Neçə məktəb vahid formadan imtina edib? – AÇIQLAMA

Ölkə üzrə forma seçimindən imtina etmiş məktəb qeydə alınmayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki,Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.

Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.

Xatırladaq ki,Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, məktəblər forma seçimində müstəqildirlər, hətta bundan imtina edə bilərlər.

Həmçinin oxuyun

326 saylı məktəbin direktoru verdiyi sözü tutmadı

Məlum olduğu kimi, tədris ili başlayanda valideynləri qayğılandıran məsələlərdən biri də məktəbli formalarıdır. Problenm ondadır …