Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Sosial / “Nazirliklə Palata arasında ciddi toqquşma baş verəcək” – Millət vəkili

“Nazirliklə Palata arasında ciddi toqquşma baş verəcək” – Millət vəkili

Milli Məclisdə “Valyuta tənzimi haqqında” qanun layihəsinin müzakirəsi başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, qanuna edilən dəyişikliyə əsasən valyutadəyişmə məntəqələrinin fəaliyyəti yenidən bərpa edilir. Komitə sədri Ziyad Səmədzadə bildirib ki, valyutanın  tənzimlənməsi Mərkəzi Bankdan alınaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına verilir. Valyutanın tənzimlənməsi ilə bağlı lisenziyalar MBNP tərəfindən  veriləcək. Lisenziyalar təkcə poçtlara deyil, eyni zamanda banklara, rezident və qeyri-rezidentlərə veriləcək. Lisenziya almaq üçün girov tələb edilir.

Müzakirələrdə çıxış edən millət vəkili Vahid Əhmədov bildirib ki, qanuna edilən dəyişiklikdə əksini tapan girov qoyulması məsələsinə narazılığını bildirib. O qeyd edib ki, valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum  verib lisenziya almalıdır: “Belə olan halda bəs girov məsələsi niyə lazımdır?  Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir.  Məsələn, biz “Nağd hesablaşmalar haqqında” qanuna  dəyişdirdik. Amma bu, real iqtisadiyyatada çətinlik yaradır. Ola bilsin ki, cənab prezidentə məlumat vermirlər. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən  biz komitədə daşınar əmlakla bağlı  məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək.

Mən ümumiyyətlə bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət şura yaradılsın. Çünki qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik. Müzakirələrə ehtiyac var”.

Həmçinin oxuyun

Bakı metrosunda qatar TÜSTÜLƏNDİ

Bu gün günorta saatlarında  “Bakı Metropoliteni”QSC-nin “Gənclik” stansiyasında həyəcanlı anlar yaşanıb. Sərnişinlərin Modern.az-a verdiyi məlumata görə, …

Bir cavab yazın