Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Nazirlikdən əhaliyə xəbərdarlıq: İyunun 13 və 14-də… – VİDEO

Nazirlikdən əhaliyə xəbərdarlıq: İyunun 13 və 14-də… – VİDEO

İyunun 13 və 14-də ölkə ərazisində havanın temperaturu 40-42 dərəcəyədək yüksələcək. Bu səbəbdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara xəbərdarlıq edib. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

Bakıda və Abşeronda 40 dərəcə isti, bəzi bölgələrdə isə yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi¬lli Hidrometeorologi¬ya Xidmətinin baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, iyunun 13 və 14-də havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında, habelə Mərkəzi Aran rayonlarında yüksələcəyi gözlənilir.

Havanın temperaturunun 40-42 dərəcəyədək yüksəlməsi əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Günorta saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür. Lakin bölgələrdə gəldikdə isə bəzi rayonlarda havanın temperaturu aşağı enəcək və yağış yağacaq.

Bununla yanaşı Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …