Cümə , Oktyabr 30 2020
Ana səhifə / Sosial / Nazirlikdən pensiyaçılara xəbərdarlıq!

Nazirlikdən pensiyaçılara xəbərdarlıq!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bəzi KİV-lərdə dələduzların pensiyaçı şəxslərə zəng edərək onlara pensiya məbləğlərinin artdığını bildirməsi, artan məbləğin guya, pensiya kartlarına yüklənməsi üçün onlardan pensiya kartlarının nömrələrini istəmələri barədə yayılan məlumatlara münasibət bildirib.  

“Qafqazinfo”nun məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbərti Fazil Talıblı feysbukda yazıb ki, həmin şəxslərin məqsədi pensiyaçıları aldadaraq onların kartlarından vəsait oğurlamaqdır: “Ona görə də pensiyaçıların diqqətinə çatdırırıq ki, heç bir pensiyaçıdan kart məlumatları istənilə bilməz və heç kimə də öz kart məlumatlarını verməsinlər.

Onu da bildirim ki, pensiya artdığı halda heç bir pensiyaçıya bu barədə evinə zəng edib məlumat verilmir, sadəcə olaraq artan məbləğ avtomatik şəkildə hesablarına köçürülür”.

Həmçinin oxuyun

İş adamı “McDonald’s“la bağlı dəhşətli faktlar AÇIQLADI

“Onsuz da nə mən, nə ailəm, nə də ki yaxın ətrafım gündəmdə olan məşhur fast …