Şənbə , Fevral 24 2024
Ana səhifə / Sosial / Nazirlik sabiq millət vəkilinə məxsus məşhur şirkəti cərimələdi

Nazirlik sabiq millət vəkilinə məxsus məşhur şirkəti cərimələdi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkənin aparıcı şirkətlərdən biri olan “Avropa Qapıları” MMC barəsində protokol tərtib edib.
Yeniavaz.com Dövlət Xidmətindən açıqlanan məlumata istinadən xəbər verir ki, “Avropa Qapıları” MMC-nin müştərilərə satdığı məhsulda istehsal qüsuru olmasına baxmayaraq, məhsul dəyişdirilməyib və ya qaytarılmayıb.
Qəbul edilən protokola əsasən “Avropa Qapıları” MMC -nin 600 manatdan 900 manatadək məbləğdə cərimə ediləcəyi gözlənilir.

Baba Tağıyev

Məlumat üçün bildirək ki, 1993-cü ildən fəaliyyət göstərən  “Avropa Qapıları” qapı, pəncərə və mebellərin istehsalı ilə məşğul olur. “Avropa Qapıları” sabiq millət vəkili Baba Tağıyevə məxsus olan “Tağıyev” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir.

Həmçinin oxuyun

Nikahlanmış azyaşlı qızların yarımçıq hekayəsi

“Məni gecə yatdığım yerdən, evimizdən qaçırdılar. Yorğana büküb apardılar. Cəmi 14 yaşım vardı. Nə baş …