Cümə , Aprel 23 2021
Ana səhifə / Sosial / Nazirlik qazi Kənanı nəzarətə götürdü, anası işlə təmin edildi

Nazirlik qazi Kənanı nəzarətə götürdü, anası işlə təmin edildi

Qələbəmizin qəhrəmanlarından hər hansı birinin çətinliyinin olduğunu öyrəndikdə elə həmin gün onun yanında olur və sosial dəstəyimizi göstəririk.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.

“Qazax rayon sakini, Vətən müharibəsində yaralanmış Musayev Kənan Nadir oğlunun ailəsinin ehtiyacları barədə sosial şəbəkədə yayılan məlumatla əlaqədar bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları artıq həmin ailə ilə görüşüblər. Kənanın ayağı sağaldıqdan sonra o, protezlə təmin olunacaq. Sabah isə ona əlil arabası veriləcək.

Müharibə ilə əlaqədar əlillik dərəcəsi təyin edildikdən sonra Kənana əlilliyə görə müavinət və təqaüd də təyin ediləcək.

Anası Məmmədova Məhəbbət Seyfəddin qızının işsiz olduğu nəzərə alınaraq, o artıq Nazirlik tərəfindən işlə təmin edilib”, – deyə nazirlik rəsmisi qeyd edib.

Həmçinin oxuyun

Aeroport yolunda ana və oğlunun öldüyü qəzanın dəhşətli görüntüləri – VİDEO

Xəbər verdiyimiz kimi, aprelin 20-də Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.Taleh Tağıyev …