Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / Sosial / Nazirlik övladları tərəfindən evindən qovulan 70 yaşlı kişini himayəyə götürdü – FOTO+VİDEO

Nazirlik övladları tərəfindən evindən qovulan 70 yaşlı kişini himayəyə götürdü – FOTO+VİDEO

Hörmətli media nümayəndələri, sosial şəbəkə istifadəçiləri!
Sumqayıt şəhər sakini, övladları tərəfindən evindən qovulan 70 yaşlı Quliyev Yaşar Bəhlul oğlu artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə (Qocalar evi) yerləşdirilib.
Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə yayılan videoda (https://www.youtube.com/watch?v=uv8pNHTirfg) Y.Quliyev Qocalar evinə qəbul edilmədiyini desə də, onun həmin müəssisəyə heç müraciət etmədiyi müəyyən olunub. Nazirlik əməkdaşları həmin videodan sonra Y.Quliyevin olduğu yeri taparaq, onu Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində hər bir şəraiti, məişət avadanlıqları olan otaqla təmin ediblər.
Bundan sonra o, burada tam dövlət himayəsində rahat şəraitdə yaşayacaq.
Fazil Talıblı, 
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin mətbuat katibi

Həmçinin oxuyun

Bakıda BNA-nın cərimələdiyi avtobus sürücüsü sərnişinləri düşürərək xətdən çıxıb – VİDEO

Bakı Nəqliyyat Agentliyinin (BNA) əməkdaşları marşurut xətt avtobusunu cərimələdiyi üçün sürücü sərnişinləri düşürərək cərimənin silinmədiyi …