Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Nazirlik: May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Nazirlik: May ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən may ayının pensiyalarının ödənişi prosesi pensiyaların maliyyələşdirilməsi qrafikinə əsasən respublikamızın bütün rayon və şəhərləri üzrə tam və vaxtlı-vaxtında həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hələ mayın 8-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə, mayın 14-də əhalisi məcburi köçkün olan rayonlar da daxil olmaqla, daha 22 rayon üzrə, son iki gündə isə qalan rayonlar üzrə pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzi xəzinə hesabından yerli orqanların hesablarına köçürülüb.

Beləliklə, bu gün mayın 24-də respublikanın bütün rayon və şəhərləri üzrə may ayının pensiyalarının ödənişi artıq yekunlaşıb.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …