Bazar ertəsi , May 27 2024
Ana səhifə / Sosial / Nazirlik məktəbin tikintisinə icazə almadan bu şirkətə 5,3 milyon pul ayırıb

Nazirlik məktəbin tikintisinə icazə almadan bu şirkətə 5,3 milyon pul ayırıb

Zərdab Rayon İcra Hakimiyyəti Zərdab rayonu Dəli Quşçu kəndində 264 yerlik tam orta məktəb binasının tikintisinə icazə verib.
Bu barədə məlumat Tikintilərin Dövlət Reyestrində yerləşdirilib.
Məlumatda göstərilir ki, Zərdab Rayon İcra Hakimiyyəti orta məktəb binasının tikintisinə 28 mart 2023-cü il tarixli 1 saylı sənəd əsasında icazə verib.
Bildirilir ki, tikintisinə icazə verilən orta məktəb binasının tikinti sahəsi 2 859,1 kv. metr, ümumi sahəsi 5 700,73 kv. metr, mərtəbələrinin sayı isə 2 (+zirzəmi) olacaq.
Məlumat üçün bildirək ki, 28 mart 2024-cü il tarixində tikintisinə icazə verilən orta məktb binasının tikintisi ilə bağlı tender müsabiqəsini Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ötən ilin noyabr ayında keçirib. Ümumi dəyəri 5 milyon 298 min 314 manat 96 qəpik olan tender müsabiqəsinin qalibi “İnşaat servis-X” MMC (VÖEN – 1301230201) olub. “İnşaat servis-X” MMC bu ilin sonuna kimi Dəli Quşçu kəndində 264 yerlik tam orta məktəb binasını tikib başa çatdırmaldır.
Qeyd edək ki, “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarının 4.2-ci maddəsində yazılır ki, tikintiyə icazə verən orqan (qurum) tikintiyə icazə verdiyi tarixdən 3 iş günü müddətində bu Qaydaların 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənəd və məlumatları Reyestrə təqdim edir. Bu məlumatlar Reyestr kitabında qeydə alınır, 3 (üç) iş günü müddətində elektron bazaya daxil edilməklə, tikinti obyektinə kod verilir.
Onu da bildirək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.3.21.15.-ci bəndində qeyd olunur ki, Dəli Quşçu kəndində 264 yerlik tam orta məktəb binasının tikintisi 2019-2023-cü illərdə həyata keçirilməlidir. Amma, açıqlanan məlumatlardan belə görünür ki, Dövlət Proqramı başa çatsa da, nəzərdə tutulan tikinti işi icra olunmayıb. Yeniavaz.com

Həmçinin oxuyun

MTK-ların yığdığı “komendant pulu” hara xərclənir? — VİDEO

Coxmərtəbəli binalarda sakinlərdən yığılan “komendant pulu”, yaxud “jek pulu”nun məbləği ilə xidmətin keyfiyyəti arasında tərs …