Ana səhifə / Sosial / Nazirlik karxana sahiblərinə vaxt verdi

Nazirlik karxana sahiblərinə vaxt verdi

Abşeron yarımadasında fəaliyyət göstərən daş karxanalarında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən iyul-avqust aylarında monitorinq keçirilib və əksər daş karxanalarının fəaliyyətində nöqsanlar aşkar olunaraq qanunamüvafiq aktlar tərtib olunub.
Nazirlikdən verilən məlumata görə, görülən tədbirlər karxana sahibləri və istismarçılarda bəzi suallar doğurduğu üçün 3 sentyabr 2018-ci il tarixində ETSN-də onlarla görüş keçirilib. Əksər karxana istismarçılarının torpaq ayırmaya dair sərəncamlarının olmadığı, nazirlik tərəfindən verilən ekoloji və geoloji sənədlərin vaxtının bitdiyi, bəzi karxana istismarçılarının isə ümumiyyətlə heç bir sənədinin olmadığı bir daha onların diqqətinə çatdırılıb. Yol verdikləri nöqsanları başa düşdükləri, qoyulan qanuni tələbləri anlayışla qarşıladıqları nəzərə alınaraq karxana istismarçılarına mövcud olan nöqsanların aradan qaldırılması, sənədlərinin tam qaydaya salınması üçün əlavə 45 gün vaxt verilib.

ETSN tərəfindən karxana istismarçılarının nəzərinə çatdırılır ki, müvafiq icra orqanlarından sərəncam alan hər bir fiziki və hüquqi şəxsə Nazirlik tərəfindən ekoloji sənədlər veriləcək. Torpaq ayırmaya dair sərəncamı olan istismarçılar “Bərəkət 98”, “Gülbaxt TMK” və digərləri ekoloji və geoloji sənədlərin alınması üçün Ekspertiza İdarəsinə müraciət edib.

Yaxın günlərdə sənədlər onlara təqdim olunacaq və hər bir istismarçıya işlərinin aparılması zamanı ətraf mühitə mənfi təsirin azaldılması məqsədilə müasir texnologiyalardan istifadə edilməsi barədə tövsiyələr, karxanaların müasir metodlar ilə istismara keçməsi üçün isə müəyyən vaxt veriləcək.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …