Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Nazirlik: 73 min uşağa aylıq 200 manat ödəniləcək

Nazirlik: 73 min uşağa aylıq 200 manat ödəniləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 25 fevral 2019-cu il tarixli Sərəncamının əhatə etdiyi həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, sərəncamla sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlərdə aprelin 1-dən 83 faiz artım edilməklə onların müavinəti 82 manatdan 150 manata çatdırılır. Eyni zamanda, yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü təsis olunur. 

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, qeyd olunan vaxtdan müavinət (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək. 

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …