Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Sosial / Nazirlik: 6000-dək saxta əlillik işi ləğv edildi

Nazirlik: 6000-dək saxta əlillik işi ləğv edildi

Sosial müdafiə və sosial təminat xidmətlərinin, eləcə də əlilliyin təyinatı, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarının genişləndirilməsi və ictimai açıqlığının təmin olunması sahəsində ardıcıl islahatlar davam etdirilir.
Bunu Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir Fazil Talıbov deyib.
Onun sözlərinə görə, pandemiya dövründə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin vasitəsilə əhalinin 48%-nə, yəni 4,8 milyon şəxsə dəstək tədbirləri icra olunub, bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb. Xüsusilə vurğulanmalıdır ki, bu vəsaitin 250 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2019-cu ildə formalaşmış qənaəti və ehtiyatı hesabına ödənilib, dövlət büdcəsinə bu çətin dövrdə əlavə maliyyə yükü yaradılmayıb:
“İcra edilən proqramların şəffaflığı və ictimai açıqlığı tam təmin edilib. Həm ünvanlı sosial yardım, həm özünüməşğulluq, həm də 190 manatlıq birdəfəlik ödəmə proqramları çərçivəsində ödəniş alan bütün şəxslərin adlı siyahısı Nazirliyin rəsmi saytında və e-sosial.az portalında yerləşdirilib, dövri olaraq ictimaiyyətə hesabatlar təqdim olunub.
Son il yarımda ünvanlı yardım proqramı 2 dəfə genişlənərək 350 min üzvü olan 83 min ailəni əhatə edib, özünüməşğulluq proqramı da 2 dəfə artırılaraq 11 min ailəyə biznes imkanı yaradılıb. Hər iki proqram çərçivəsində həyata keçirilən bütün satınalmalar qanunvericiliyə uyğun olaraq açıq tender vasitəsilə təmin edilib, nazirliyin hər hansı əməkdaşına hər hansı qohumluğu olan şəxslər bu tenderdə iştirak etməyib və bütün məlumatlar aidiyyəti dövlət orqanlarının informasiya resurslarında yerləşdirilib”.
F.Talıbov əlillik təyinatı sahəsində aparılan ciddi nəzarət tədbirləri və şəffaflıq nəticəsində 6000-dək saxta əlillik işlərinin ləğv edildiyini və illik 30 milyon manat dəyərində dövlət vəsaitinin saxta yollarla əlillik statusu əldə etmiş şəxslərə verilməsinin qarşısı alındığını bildirib.

Həmçinin oxuyun

“Zəlzələnin qarşısını almaq mümkün deyil” – Qurban Yetirmişli

Bu gün qardaş Türkiyənin İzmir şəhərində baş verən zəlzələ və ondan sonra həmin ərazidə gedən …