Bazar , Yanvar 23 2022
Ana səhifə / Sosial / Nazirlik 6 milyonluq tenderi fiziki şəxsə verdi – Gündə 3 dəfə yemək hazırlayacaq…

Nazirlik 6 milyonluq tenderi fiziki şəxsə verdi – Gündə 3 dəfə yemək hazırlayacaq…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi müəssisələrinin yeməklə təmin edilməsi ilə bağlı elan etdiyi açıq tenderin nəticələri açıqlayıb. 

Tender agentliyin tabeliyində olan sosial xidmət müəssisələrinin 617 215 nəfər sakininin hazır yeməklə təmin olunmasını nəzərdə tuturdu.

Tender şərtlərinə görə, sözügedən sakinlər Nazirlər Kabinetinin “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” 1994-cü il 9 mart tarixli 103 saylı qərarı ilə müəyyən olunmuş qida normaları əsasında gündə 3 dəfə olmaqla hazır yeməklə təmin olunmalıdırlar. 5 milyon 972 min manatlıq tenderin qalibi fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyevdir. (fed.az)

Həmçinin oxuyun

Təqaüddə olan hərbçilər pensiyalarının azaldılmasına görə nazirliyi ittiham edirlər

Hərbi təqaüdçülər – ehtiyatda olan hərbçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) “Əmək pensiyaları …