Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Nazirlik 20 ildir Qarabağ əlilinin haqqını tapdalayır… – “Çoxlu borclarım var…”

Nazirlik 20 ildir Qarabağ əlilinin haqqını tapdalayır… – “Çoxlu borclarım var…”

Astarada daha bir Qarabağ müharibəsi veteranı şikayətçidir. O, Marzəsə kənd sakini Aslan Babayevdir. Təqdim etdiyi sənədlərə görə, o hətta döyüşlərdə yaralanıb:

“Hələ indiyə kimi kompensiyasiya ala bilməmişəm. Əlillik də vermirlər. Veteran vəsiqəsini 2014-cü ildə almışam. Oğlum da hərbidə zədə alıb. Ona da konpensasiya və əlillik düşür. Bundan əvvəl də mətbuata üz tutmuşdum, orada şikayətim gedib. Həmin şikayətdən sonra oğluma konpensiyasiya verdilər. Əlillik müavinəti də aldı. Amma 3 ildən sonra kəsdilər. Bu günə qədər səbəbini öyrənə bilmirəm.”

Onun bildirdiyinə görə, əmək qabiliyyətini itirməsi ilə bağlı işləyə bilmir:

“Ailənin gəliri aldığım 50 manat veteran puludur. Çoxlu borclarım var. Problemlərimlə bağlı Astara Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Nəticə yoxdur. 20 ildir qapıları döyürəm.”. Dia.az

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …