Cümə , Fevral 26 2021
Ana səhifə / Sosial / Nazirlik 1 milyon manatdan çox cərimə yazıb

Nazirlik 1 milyon manatdan çox cərimə yazıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2020-ci ildə 1 553 müəssisədə müvafiq müayinələr aparılıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəticədə su hövzələrinin çirkləndirilməsi üzrə tədqiq olunan müəssisələrin 38,2 faizində, atmosfer havasının çirkləndirilməsi üzrə tədqiq olunmuş müəssisələrin 35,7 faizində, torpaq ehtiyatlarının çirkləndirilməsi üzrə isə müayinəyə cəlb olunmuş müəssisələrin 28,7 faizində atılan tullantıların icazə verilən həddən artıq olması qeydə alınıb.

Təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə ötən il inzibati məsuliyyətə cəlb olunan 1 004 nəfər vəzifəli şəxs və vətəndaşlardan 1 milyon 140 min manat məbləğində cərimə tutulub.

Həmçinin oxuyun

Evləri yanan köçkünlər harada qalacaqlar? – Açıqlama

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakıda baş verən yanğınla bağlı açıqlama yayıb. …