Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Nazirlərin Bakıdakı toplantısı necə keçdi? – Fotolar

Nazirlərin Bakıdakı toplantısı necə keçdi? – Fotolar

Xəbər verdiyimiz kimi, fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev toplantıda iştirak edib.

“ Azinforum.az ” Trend-ə istinadən xəbər verir ki, İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışdı, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirib. Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlət başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırıb, bu layihənin “Cənub Qaz Dəhlizi”nin reallaşmasında mühüm rol oynadığını bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, – deyən dövlət başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu qeyd edib.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlət başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğulayıb. Prezident TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu deyib, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə edib. “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, – deyən dövlət başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq edib.

Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Xəzər dənizinin təbii resurslarının Avropa bazarlarına çatdırılmasının əhəmiyyətindən danışıb. “Biz Avropa İttifaqı olaraq enerji təhlükəsizliyini ölkələrimiz üçün mühüm məsələ hesab edirik”, – deyən Maroş Şefçoviç Cənub-Şərqi Avropa, həmçinin Balkan ölkələrində layihəyə böyük marağın olduğunu deyib. Beynəlxalq maliyyə təşkilatlarının bu layihəyə marağını və dəstəyini yüksək qiymətləndirən Maroş Şefçoviç “Cənub Qaz Dəhlizi” layihəsinə Avropa İttifaqının dəstəyini ifadə etib.

Maroş Şefçoviç aparılan müzakirələrin səmərəli olduğunu bildirib. Qeyd edib ki, bütün ölkələrdə layihənin gedişatı ilə bağlı tərəqqi var. “Cənub” qaz dəhlizinin çox vacib regionda reallaşdırıldığını deyən Maroş Şevçoviç bu toplantını növbəti dəfə təşkil etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin yaxşı tarixi və potensialı olduğunu, xarici ticarətimizin yarısının Avropa İttifaqı ölkələrinin payına düşdüyünü bildirib. Azərbaycanın uzun illər özünü etibarlı tərəfdaş kimi göstərdiyini qeyd edən dövlət başçısı belə tədbirlərin davamlı olacağına, bundan sonra da bütün məsələlərin öhdəsindən uğurla gəlinəcəyinə əminliyini ifadə edib. Layihəni dəstəkləyən ölkələrə, xüsusilə ABŞ-a minnətdarlığını bildirən İlham Əliyev imzalanacaq Bəyannamədə Azərbaycanın strateji rolunun xüsusi qeyd olunacağını bildirib. “Cənub Qaz Dəhlizi” iri infrastruktur layihəsidir”, – deyən dövlət başçısı onu güclü əməkdaşlıq layihəsi kimi xarakterizə etdi. Layihə iştirakçıları olan ölkələr arasında əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini bildirən prezident vurğulayıb ki, bu, səmimi əməkdaşlıq və açıq tərəfdaşlıq layihəsidir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu diqqətə çatdıran dövlət başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyini bildirib. Azərbaycanın neft tarixindən danışan İlham Əliyev bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin neft və qaz sahəsində geniş beynəlxalq əməkdaşlıq şəbəkəsini yaradıb.

Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının işğalçıların torpaqlarımızdan çıxması ilə bağlı 4 qətnamə qəbul etdiyini, münaqişənin hələ ki, həllini tapmadığını, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini vurğuladı, ölkəmizin iri layihələr icra etdiyini, şaxələndirilmiş neft-qaz kəmərlərinə malik olduğunu diqqətə çatdırıb. Dövlət başçısı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq toplantı iştirakçılarını gələn il Məşvərət Şurasının üçüncü toplantısına dəvət edib.

Sonra “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının Birgə Bəyannaməsi imzalanıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bununla da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı işini başa çatdırıb.

Nazirlərin Bakıdakı toplantısı necə keçdi? -  Fotolar
Nazirlərin Bakıdakı toplantısı necə keçdi? -  Fotolar
Nazirlərin Bakıdakı toplantısı necə keçdi? -  Fotolar
Nazirlərin Bakıdakı toplantısı necə keçdi? -  Fotolar
Nazirlərin Bakıdakı toplantısı necə keçdi? -  Fotolar

 

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …

Bir cavab yazın