Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Sosial / Nazirlər Kabinetinin tarixi toplantısı olacaq: Artur Rasizadə yola salınır

Nazirlər Kabinetinin tarixi toplantısı olacaq: Artur Rasizadə yola salınır

Yaxın günlərdə Nazirlər Kabinetinin geniş müşavirəsi keçiriləcək.
 
Azinforum.az xəbər verir ki, ölkə rəhbəri hökumət qarşısında konkret mesajlarla çıxış edəcək və idarəetmənin yeni strategiyasını açıqlayacağı gözlənilir. Yeni iqtisadi mərhələ yeni kadrlar tələb edir və bu baxımdan, Nazirlər Kabinetinin tərkibində önəmli dəyişikliklər ediləcəyə də istisna edilmir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, məmurların ayrı-ayrı sahələri inhisara almaq cəhdlərinə qarşı amansız mübarizə aparacaq.
Bəzi məlumatlara görə, qarşıdakı mərhələdə yeni baş nazirin də təyin ediləcəyi gözləniləndir. Xatırladaq ki, 2003-cü ilin avqustunda İlham Əliyev baş nazir təyin olunmuşdu və Artur Rasi-zadə bu vəzifədən istefa vermişdi. Bir qədər sonra o, öz postuna qayıtdı. Mövcud baş nazir peşəkar olsa da, hazırkı mərhələdə bir qədər ləng məmur təəssüratı bağışlayır. İlham Əliyevin son mesajlarından çıxan nəticə ondan ibarətdir ki, islahatlar üçün ölkəyə yeni və daha çevik Nazirlər Kabineti və yeni baş nazir lazımdır.
Lakin bu postun ölkədə ikinci vəzifə olduğunu və dövlət başçısı olmadığı zamanlarda onu əvəz etdiyini nəzərə alsaq, yeni baş nazirin ciddi bir fiqur olacağını da ehtimal edə bilərik.
Yeni baş nazir postuna islahatlara meylli olan və ölkə rəhbərinin yeni kadr siyasətinin fəlsəfəsini həyata keçirən bir şəxsin gətirilməsi ölkədəki gələcək siyasi proseslərin taleyini həll edə bilərdi. Dövlət başçısı isə belə bir həssas məqamda məhz islahatçı bir məmura belə etimad göstərə bilərdi. Eyni zamanda, baş nazir Qərb və digər ölkələr üçün də cəlbedici sima olmalıdır.
Bu baxımdan, hökumətin tərkibində islahatların aparılacağı qaçılmazdır. Nazirlər Kabinetinin tərkibinə ötəri nəzər salaq. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2006-cı ilin fevralından bu quruma rəhbərlik edir. Daxili işlər naziri general-polkovnik Ramil Usubov 1994-cü ildə bu vəzifəyə təyin edilib. Dövlət Təhlükəsizlik Xidmətinin sədri, general-leytenant Mədət Quliyev bu posta yeni təyin edilib və dərhal islahatlara başlayıb. Ədliyyə naziri Fikrət Məmmədov 2000-ci ilin aprel ayında ədliyyə orqanının başına gətirilib. Vergilər naziri Fazil Məmmədov 17 ildir nazir vəzifəsində işləyir. Maliyyə naziri Samir Şərifov 2006-cı ilin aprel ayından bu postdadır. Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 2001-ci ildən, İqtisadi inkişaf və sənaye naziri Şahin Mustafayev 2008-ci il oktyabrın 31-dən, xarici işlər naziri Elmar Məmmədyarov 2004-cü ildən nazir postlarında əyləşiblər. Baş prokuror Zakir Qaralov 25 aprel 2000-ci il tarixindən bu vəzifə kürsüsündə əyləşir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2006-cı ildən, nəqliyyat naziri Ziya Məmmədov 8 avqust 2002-cı il tarixdən nazir vəzifəsindədir. Mərkəzi Bankının sədri Elman Rüstəmov 21 ildir bank sisteminə rəhbərlik edir. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov 2002-ci ildən bu vəzifədədir.
“Azərbaycan Hava Yolları” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov 1996-cı ildən bu posta gətirilib. Müdafiə sənayesi naziri Yavər Camalov 2006-cı ilin mart ayında nazir postuna təyin edilib.
Göründüyü kimi, öz işini düzgün bilən nazirlərlə yanaşı, yeni kadr təyinatlarına da zərurirət yaranıb və baş verənlər Nazirlər Kabinetinin tərkibinin yenidən formalaşdırılmasını zəruri edir. Bu ciddi bir mərhələdir və Nazirlər Kabinetinin bu günlərdə keçiriləcək toplantısında bir çox suallara cavab tapılacaq. Yerli və xarici ekspertlər də adıçəkilən müşavirəni gözləyirlər. Nazirlər Kabinetinin müşavirəsi tarixi bir toplantı ola bilər…
avropa.info

Həmçinin oxuyun

Göyçayda toy karvanında baş verən qəzanın videosu yayıldı – FOTO\VİDEO

Ötən gün Göyçayda toy karvanında baş vermiş ağır qəzanın videosu yayılıb.  Oxu.Az-ın bölgə müxbirinin əldə …

Bir cavab yazın