Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilib

Nazirlər Kabinetinin səlahiyyətlərindən biri ləğv edilib

Prezident İlham Əliyev “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli 745 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklərə əsasən, fərmanın 3.2-ci bəndi ləğv edilir.

Həmin fərmanla təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nın 10-cu hissəsində “Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri “Azərbaycan Respublikasının Prezidenti” sözləri ilə əvəz edilir.

Bundan əvvəl həmin hissədə qeyd olunurdu ki, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur.

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın