Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Nazirlər Kabineti buraxılacaq – Yanvarda

Nazirlər Kabineti buraxılacaq – Yanvarda

Prezident İlham Əliyevin yanvarın birinci yarısı Nazirlər Kabinetini buraxacağı gözlənilir.

“ Azinforum.az ” xəbər verir ki, bu haqda məlumatı “Yeni Müsavat” yayıb. Qəzet bildirib ki, yeni formalaşdırılacaq Nazirlər Kabinetində köhnələrin əksəriyyəti, hətta bir neçə “açar” nazirlər yer almaya bilər.

Xəbərdə deyilir: “Prezidentin bu yaxınlarda imzaladığı Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji “yol xəritələri”ndə nəzərdə tutulan islahatların məhz yeni Nazirlər Kabineti-yeni kadrlarla həyata keçirilməsi planı var. Nazirlər Kabineti buraxılacağı halda fevralda 82 yaşı tamam olacaq Artur Rasi-Zadə yenidən baş nazir təyin edilməyəcək. Eyni zamanda bir sıra struktur islahatları da məhz bu zaman gerçəkləşdiriləcək. Belə ki, bir-birini təkrarlayan hökumət qurumlarının bəzilərini ləğv edəcəyi, bəzilərinin isə birləşdiriləcəyi deyilir”.

Struktur islahatlarının anonsunu bir həftə öncə Milli Məclisin plenar iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxışında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov da verib. S.Novruzov deyib ki, artıq strukturlar ləğv olunmalı, onlara yönələn vəsait digər sahələrə xərclənməlidir. Bundan əlavə, oxşar strukturlar birləşdirilməlidir: “Struktur islahatları sonrakı mərhələlərdə də davam edəcək. Xərclərin optimallaşdırılması və idarəetmə aparatının sadələşdirilməsi hökumətin prioritetlərinə daxildir”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın