Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Sosial / Nazirin 400 manatlıq təqaüd anonsu – Pensiyaçılar nə vaxt sevinəcəklər?

Nazirin 400 manatlıq təqaüd anonsu – Pensiyaçılar nə vaxt sevinəcəklər?

Ötən gün Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasına qatılan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev yaşa görə pensiyanın 450 manat, ümumi pensiyanın isə 400 manat olacağı anonsunu verib.

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanda təqaüd və maaşların artırılması olduqca vacibdir.

İqtisadçı artımın vacibliyini inflyasiya ilə əlaqələndirib:

“Ərzaq məhsulları və dərman preparatlarının qiymətlərində sürətli artım müşahidə olunur. Bu da vətəndaşların, əsasən də, təqaüdçülərin sosial təminatına ciddi təsir göstərir”.

Onun sözlərinə görə, qiymət artımı təqaüdlərin artımını xeyli dərəcədə qabaqlayır:

“Nəticə etibarilə, hətta təqaüd artımı olsa belə, bu heç bir fayda vermir. Təqaüd artımının əhalinin işinə yaraması üçün, yəni onun effektiv olması üçün inflyasiyanın qarşısı alınmalı, qiymət artımlarının sürəti aşağı salınmalıdır. Bir sözlə, qiymətlər də paralel olaraq artmamalıdır”.

İqtisadçı vurğulayıb ki, nazirin dediyi məbləğdə təqaüd artımı iki ilə reallaşa bilər:

“Yaxın zamanlarda maaş və təqaüdlərin artırılması mümkündür. Bunun üçün görülən işlərin nəticəsində sosial təminatla bağlı problemlərin aradan qaldırılmasına nail olmaq lazımdır. Yəni hökumət paralel olaraq inflyasiya ilə mübarizə çərçivəsində müəyyən tədbirlər həyata keçirməlidir. Gömrük güzəştləri edilməli və vergilər aşağı salınmalıdır ki, inflyasiyanın qarşısı alınsın. Nazirin dediyi miqdarda pensiyanın verilməsinə 2 il sonra başalana bilər. Ancaq yenə deyirəm ki, paralel olaraq inflyasiya ilə mübarizə olmayacaqsa, bu artımın heç bir faydası olmayacaq. 2 il sonra məzənnədə durumun necə olacağını da bilmirik”.

Həmçinin oxuyun

Azərbaycanda hər 100 ailəyə neçə avtomobil?

Bakı Araşdırmalar İnstitutu Azərbaycanın ailə təsərrüfatları üzrə göstəricilər yayıb. Novator.az bildirir ki, rəsmi statistikaya əsaslanan …