Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Nazir: “Şəhid adından manipulyasiya etmək düzgün deyil, haqqı olan hər kəs birdəfəlik ödəməni alacaq”

Nazir: “Şəhid adından manipulyasiya etmək düzgün deyil, haqqı olan hər kəs birdəfəlik ödəməni alacaq”

“Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəni qəbul etdim, şəxsən dinlədim. Görüşdə qeyd etdim ki, müavinəti haqqı olan hər kəs alacaq. Amma hüquqi haqqı olmadan bunu tələb etmək düzgün deyil”.

“Report” xəbər verir ki, bunu nazir Sahil Babayev deyib.

Nazir qeyd edib ki, müavinət üçün müraciət edənlərin sənədləri düzgün olmalıdır: “Bəziləri iddia edir ki, onların yerinə saxta imza çəkilib. Bu işi hüquq-mühafizə orqanları araşdırmalıdır. Onların böyük əksəriyyəti dediyimizlə razılaşır, amma kiçik bir qrup var ki, iddialarından geri çəkilmirlər. Həmin insanlar deyirlər ki, bank ödənişinin kağızını verin, 26 il hansısa bank ödənişinin sənədi saxlanıla bilməz, qanuna görə bunun üçün 5 il müddət nəzərdə tutulur, 5 ildən sonra həmin sənədlər arxivə təhvil verilir və məhv edilir. Razı olmayanlar hüquqi müstəvidə haqlarını tələb edə bilərlər. Onlar məhkəməyə müraciət edə bilərlər. Hər birimiz üçün müqəddəs olan şəhid adından manipulyasiya etmək düzgün deyil”.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …