Bazar ertəsi , İyun 5 2023
Ana səhifə / Sosial / Nazir: “Repetitor fəaliyyətinin ləğvi gündəmdə deyil“

Nazir: “Repetitor fəaliyyətinin ləğvi gündəmdə deyil“

“Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil. Bu fəaliyyət dünyanın heç bir yerində ləğv edilməyib”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazirin sözlərinə görə, bu fəaliyyət qadağan edilə bilməz:

“Repititorluq elə fəaliyyət növüdür ki, hər valideyn müxtəlif sahə üzrə övladını hazırlıq keçməyə qoya bilər. Misal olaraq, valideyn övladının skripkada ifa etməsini istəyirsə və bunun üçün mütəxəssis yanına aparırsa, deməli riyaziyyat fənni üzrə də müəllim yanına qoya bilər.

Bəzən repititorluğun tərifini düzgün vermirik. Repititorluq yalnız tənzimlənə bilər. Yəni repititorluq harda baş verə bilər, kim kimə repititorluq edə bilər, bu sahibkarlıq fəaliyyətidirsə bunun hansısa iqtisadi tənzimləmə alətləri ola bilər. Bir sözlə, repititorluğun necə olması ilə bağlı təkliflər olsun ki, biz də onu dəyərləndirək”.

Həmçinin oxuyun

“Büdcə artımdan pay götürənlərin siyahısında sosial müdafiə və təminat (pensiya, müavinət, təqaüd) bölməsinin adı yoxdur”

2023-cü ilin büdcəsinə dəyişikliyə dair Qanun layihəsi parlamentdədir. Bu Qanun layihəsinə əsasən ümumilikdə 3 milyard …