Ana səhifə / Sosial / Nazir müavininin qardaşı görəvdən alınır – Ziya Məmmədov daha bir adamını itirir

Nazir müavininin qardaşı görəvdən alınır – Ziya Məmmədov daha bir adamını itirir

DİA.AZ: – Növbəti kadr islahatlarının hədəflərindən biri Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovdur. Bu barədə DİA.AZ-a bilgili qaynaqlardan informasiya daxil olub.

Xəbəri verən mənbə iddia edir ki, Ayaz Əsgərovu hədəfə şevirən əsas faktor kimi onun barəsində “yuxarılara” davamlı olaraq şikayətlərin ünvanlanması olsa da, burada başçının həmçinin mövqeləri kifayət qədər zəif düşmüş Nəqliyyat Naziri Ziya Məmmədova yaxın fiqur kimi səciyyələndirilməsi də yetərincə əsaslı məqam kimi çıxış etməkdədir.

DİA.AZ xatırladır ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Nəqliyyat Nazirinin müavini Arif Əsgərovun dost-doğma qardaşıdır.

Məlumatlara görə, bayramdan sonra bir neçə icra başçısının də vəzifəsindən azad ediləcəyi gözlənilir ki, onların da sırasında nazir müavininin qardaşının adı ilk sırada gəlməkdədir.

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın