Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Nazir müavini “qiyamçı diplomatlar” haqda: “Kimsə getmək istəyirsə, qoy getsin”

Nazir müavini “qiyamçı diplomatlar” haqda: “Kimsə getmək istəyirsə, qoy getsin”

“Diplomatik rütbədən məhrum etmə haqqında qanun çoxdan tətbiq edilməli idi, çünki əgər əməkdaş pis işləyirsə, o, cəzalandırılmalıdır”.

Bunu Trend-ə Azərbaycan xarici işlər nazirlinin müavini Mahmud Məmmədquliyev Milli Məclisdə “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, qanuna dəyişikliklər tamamilə normaldır: “Vəzifənin aşağı salınması, diplomatik rütbədən məhrum etmə cəza tədbiridir. Hər kəs öz işini yerinə yetirməlidir. Diplomatlar haqqında qanuna edilən bu dəyişikliklər ciddi tədbirlərdir, töhmət vermək və vəzifənin aşağı salınması kimi maddələr digər ölkələrin qanunlarında da var”.

Bəzi diplomatların ölkəyə qayıtmaması məsələsinə münasibət bildirən nazir müavini qeyd edib ki, öz ölkəsini sevən adam ölkəyə gəlməli və burada öz narazılığını bildirməlidir: “Əgər kimsə getmək istəyirsə, qoy getsin”.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …

Bir cavab yazın