Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Nazir müavini “Eurohome”dan danışdı, tapşırıqlar verdi

Nazir müavini “Eurohome”dan danışdı, tapşırıqlar verdi

“EuroHome” tikinti materialları bazarındakı yanğının söndürülməsi zamanı Dövlət Yanğından Mühafizə Xidmətinin fəaliyyətini bütövlükdə müsbət qiymətləndirirəm.

Bunu Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “EuroHome” tikinti materialları bazarında baş vermiş yanğının söndürülməsinin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində deyib.

Nazir müavini şəxsi heyətin peşə, döyüş və fiziki hazırlığının daha da artırılması, intizamın gücləndirilməsi, yanğın texnikalarının təmiri və istismarının təşkili, müqavilə əsasında yanğından mühafizəsi təşkil edilən obyektlərdə profilaktik tədbirlərin həyata keçirilməsi, yanğından mühafizə işinin daha da səmərəli həyata keçirilməsi və s. istiqamətlərlə əlaqədar tapşırıqlar verib.

Həmçinin, E.Mirzəyev qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsinin və yanğından mühafizə işinin səmərəliliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …