Ana səhifə / Sosial / Nazir keçmiş müdirə vəzifə verdi

Nazir keçmiş müdirə vəzifə verdi

Sumqayıt şəhər təhsil şöbəsinin keçmiş müdiri Vidadi Bağırov Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsində sektor müdiri təyin edilib.

” Azinforum.az ” xəbər verir ki, bu barədə AzVision.az-a V.Bağırov özü məlumat verib. O, bir həftədir ki, vəzifəsinin icrasına başladığını deyib.

Qeyd edək ki, V.Bağırov 1989-cu ildən 1997-ci ilə qədər Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri şöbəsində çalışıb. 1997-ci ildə isə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 22 oktyabr 2012-ci il tarixində bu vəzifədən öz istəyi ilə azad olunub. Bir müddət Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. Daha sonra isə Qafqaz Universitetində təhsil müəssisələri ilə iş şöbəsinin müdiri olub.

O, 2009-cu ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb, eyni zamanda “Tərəqqi” medalçısıdır.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın