Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Sosial / Nazir: “İş adamı şüurlu düşünməli, yaşıllıq olan ərazilərdə iş görməməlidir”

Nazir: “İş adamı şüurlu düşünməli, yaşıllıq olan ərazilərdə iş görməməlidir”

“Təbiəti qorumaq tək hüquq mühafizə orqanlarından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, hər hansı bir məmurdan asılı olmamalıdır”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Onun sözlərinə görə, ağacları kəsib onu maşına yükləyib gizli şəkildə gətirən şəbəkə üzvləri elə sıravi vətəndaşlardır: “Burada tərbiyə və dəyərlərdən söhbət gedə bilər”.

Nazir iş adamlarının təbiətə vurduğu ziyandan da söz açıb. O bildirib ki, iş adamı da şüurlu düşünməli və yaşıllıq olan ərazilərdə iş görməməlidir: “Nazirlik bu kimi qanunsuz halların qarşısını öz səlahiyyətləri çərçivəsində alır. Aşkar olunan faktları törədən şəxslərin kimliyi məlum olmayanda bu məsələ polis orqanlarına təqdim olunur. Onlar da tədqiqat apararaq günahkarı tapıb cəzalandırırlar. Son 2 ildə bununla bağlı vurulan ziyan əhəmiyyətli dərəcədə olanda sərt cəzalar verilməyə başlayır”.

Həmçinin oxuyun

Azərbaycanda rekord sayda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa (COVID-19) 946 yeni yoluxma faktı qeydə alınıb, 228 nəfər müalicə olunaraq sağalıb və evə …