Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Sosial / Nazir generalın oğlunu işdən çıxardı

Nazir generalın oğlunu işdən çıxardı

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
Report xəbər verir ki, vergilər naziri Fazil Məmmədov müşavirlərinin sayını 8-ə endirib.
Məlumata görə, nazir müşaviri Məhəmməd Nəcməddin oğlu Sadıqovu vəzifəsindən azad edib. Bununla da vergilər nazirinin müşavirlərinin sayı 9-dan 8-ə enib. Hazırda vergilər nazirinin müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, Habil Məmmədov, İlqar Əhmədov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov və Rəşad Həbibovdur.
Məsələyə münasibət bildirən Vergilər Nazirliyindən isə açıqlamada “Məhəmməd Sadıqov artıq Nazirliyin əməkdaşı deyil”, – bildirilib.
Xatırladaq ki, Məhəmməd Sadıqov Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nəcməddin Sadıkovun oğludur.

Həmçinin oxuyun

Valideynlərin diqqətinə: Övladınızın narkotikaya qurşandığını göstərən 10 əlamət

Mütəxəssislər bildirir ki, bir yeniyetmənin, gəncin narkoman olmasına səbəb və yol ailədən başlayır. Valideynin yaxşı, …

Bir cavab yazın