Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Nazir: “Erməni işğalını hər gün hiss edirik”

Nazir: “Erməni işğalını hər gün hiss edirik”

“Qarabağdakı işğalını biz təkcə torpaqların itirilməsi ilə hiss etmirik. Biz hər gün – beynəlxalq tədbirlərdə, internet məkanında, mətbuatda, mətbəxdə, kinolarda bu işğalın şahidi oluruq. Elə ay, elə il olmur ki, qonşularımız bizim hansısa mədəni sərvətimizə əl uzatmasın. Bunu tarixi abidələrimizə, musiqimizə, mətbəximizə olan münasibətdə hiss edirik”.

APA-nın xəbərinə görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Qarabağ: tarix və irs” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycan tərəfi ermənilərin bu iddialarının qarşısını almağa çalışır: “Azərbaycan xalqı ona məxsus olan mədəni sərvətlərin UNESCO siyahısına daxil olmasına nail olub. Bu gün tar, aşıq musiqisi, xalçamız qeyri-maddi mədəni irs siyahısına daxildir. Bu dəyərlər təkcə Azərbaycan xalqına yox, həm də bəşəriyyətə məxsusdur”.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …

Bir cavab yazın