Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Nazir baş direktora vəzifə verdi – Fazil Məmmədova daha bir müşavir, 12 oldu

Nazir baş direktora vəzifə verdi – Fazil Məmmədova daha bir müşavir, 12 oldu

Vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru Habil Məmmədova daha bir vəzifə verib.
H.Məmmədov bu gündən fəaliyyətini həm də nazirin büdcə məsələləri üzrə müşaviri kimi davam etdirəcək.
Yeni təyinatdan sonra F.Məmmədovun müşavirlərinin ümumi sayı 12-yə çatıb. Nazirin digər müşavirləri Ələkbər Məmmədov, Riyad Hüseynov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov, Əflatun Məmmədov, İlqar Əhmədov, Mahir Rəfiyev və Rahim Əfəndiyevdir.
Qeyd edək ki, yeni müşavir baş direktor vəzifəsinə bu ilin iyulunda təyin edilib.
mia.az

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın