Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / Sosial / Nazir Azərbaycanda su ilə bağlı vəziyyətin gərgin olduğunu açıqladı

Nazir Azərbaycanda su ilə bağlı vəziyyətin gərgin olduğunu açıqladı

“Son həftələr müşahidə edilən yağıntılar su ehtiyatlarının artmasına şərait yaradıb. Bununla belə ölkədə su ehtiyatları ilə bağlı gərgin vəziyyət davam etməkdədir”.

Maliyyə naziri Samir Şərifov Milli Məslisin bu gün keçirilən plenar iclasında – “2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin II oxunuşda müzakirəsində belə deyib.

Onun sözlərinə görə, su ehtiyatları ilə bağlı  bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur: “İşğaldan azad edilən ərazilərin su ehtiyatlarının da istifadə edilməsi gündəmdədir. Bu da su ilə bağlı məsələlərə öz töhfəsini verəcək”.

Həmçinin oxuyun

Bu gün neçə nəfər yoluxub? – STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 678 yeni yoluxma faktı qeydə alınıb, 1 934 nəfər …