Cümə axşamı , İyun 24 2021
Ana səhifə / Sosial / Nazirə qarşı etiraz aksiyası – VİDEO

Nazirə qarşı etiraz aksiyası – VİDEO

Sahibkar Tural Alışanlının yaxınları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında toplaşaraq etiraz ediblər.

Onlar Tural Alışanlının fərdi evlərin tikintisi ilə bağlı ƏƏSMN-dən 157 321 manat almalı olduğunu bildiriblər. Ailəsinin dediyinə görə, Tural Alışanlı dəfələrlə pulu tələb etsə də, ƏƏSMN onun pulunu verməyib.Onlar qeyd ediblər ki, Sahil Babayev “Asan Radio”da verilişdə olarkən Tural Alışanlı Sahil Babayevə əmək müqaviləsini pozduğunu bildirib, lakin Sahil Babayev suala doğru cavab verməkdən yayınıb.

Ailəsi iddia edir ki, “Asan radio”da ünvanladığı suala görə 2019-cu ilin noyabr ayının 27-si həbs edilib. Artıq 15 aydır ki, həbsdədir.Anası bildirib ki, məhkəmədən onun yeyinti etməsilə bağlı heç bir sübut tapılmayıb.

Həmçinin oxuyun

Plastik qabların satışı dayandırılır – VİDEO

Birdəfəlik istifadə üçün istehsal olunan plastik qabların satışı qadağan edilir. Təkrar emal üçün yararsız hesab …