Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Nazim Məmmədovun namizədliyi ilə bağlı problem yaranıb

Nazim Məmmədovun namizədliyi ilə bağlı problem yaranıb

Yeni Azərbaycan Partiyasının (YAP) çoxdan gözlənilən deputatlığa namizədlərinin siyahısı açıqlandı. Bir çoxları deputatlığa namizəd olub-olmayacaqlarını YAP-ın siyahısı açıqlanmadığından dəqiqləşdirə bilmirdilər. Artıq YAP-ın siyahısı məlumdur, kimlərin deputatlığa namizəd olacaqları isə yavaş-yavaş açıqlanır.

Sabiq deputat Nazim Məmmədov bildirib ki, seçkilər elan olunduqdan sonra həm Gədəbəydə, həm də Tovuzda təşəbbüs qrupları yaradılaraq namizədliyinin irəli sürülməsinə razılıq verməyilə bağlı müraciət ediblər:

“Mən də razılıq vermişəm, dünən “Tovuz” təşəbbüs qrupu Dairə Seçki Komissiyasına namizədliyimin irəli sürülməsi haqqında bildirişi təqdim edib. “Şınıx” təşəbbüs qrupunun sənədlərinə qeyri-qanuni tələb irəli sürülüb, bununla razılaşmayan təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyasına şikayətlə müraciət edib”.

Hüquqşunas Əliməmməd Nuriyev isə bununla bağlı hələ tam qərara gəlməyib. “Bir-iki günə qərarımı qətiləşdirib məlumat verəcəyəm”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …

Bir cavab yazın