Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Sosial / Nazim Məmmədov kampaniyaya Şınıxdan başladı

Nazim Məmmədov kampaniyaya Şınıxdan başladı

104 saylı dairədə seçki pozuntuları barədə DSK sədri qarşısında məsələ qaldırılıb

104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsəindən deputatlığa namizəd Nazim Məmmədov təbliğat-təşviqat kampaniyasına Şınıxdan start verib. İlk mərhələdə namizəd özünün Facebook səhifəsində məlumat verdiyi kimi, fəaliyyəti haqqında çap materiallarını hər evə çatdırmaq məqsədi ilə könüllülər, vəkil olunmuş şəxslər, səlahiyyətli nümayəndələr dairənin bütün kəndlərini bir həftə gəzəcəklər.
N.Məmmədovun seçki kampaniyasında iştirak edən könüllülər əmindirlər ki, bu dəfə deputat Rafiq Məmmdəhəsənova inzibati resurslardan istifadə edərək kömək etmək mümkün olmayacaq. Çünki içtimai nüfuzu çox yüksək olan Nazim Məmmədov əraziyə uyğun çox yaxşı taktika qurub və qələbəsinə şübhə yoxdur.
Namizədin seçki qərargahının rəhbəri Nizami Məmmədli bildirib ki, müşahidələrə görə seçki dairəsində rəqiblərdən birinin görüşünə icra nümayəndəliyində, bələdiyyədə, hətta məntəqə sədrləri işləyənləri belə toplamağa cəhdlər var: “İkinci bir namizəd kənddə qohumlarının toy məclisində mikrofon götürüb təbliğat aparıb. Hər ikisinin günahından bu dəfə keçirik, ancaq bizim fəaliyyətimizi “qaralamağa” icazə vermərik. Xahiş edirəm danışa bilirsinizsə, özünüzdən danışın!”
N.Məmmədlinin sözlərinə görə, namizəd tərəfindən pozuntular barədə DSK sədri Elman Rüstəmov məlumatlandırılıb. “O, iradlarla razılaşıb və yerli icra hakimiyyəti orqanları qarşısında bu bu barədə tələb qaldıracağına söz verib”-deyə N.Məmmədli vurğulayıb.

Həmçinin oxuyun

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? – VİDEO

“Məni həkim yox, texniki işçi əməliyyat edib”. Bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. …

Bir cavab yazın