Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Sosial / Naxçıvanda sosial sığortaolunanların sayı 172 mindən çoxdur

Naxçıvanda sosial sığortaolunanların sayı 172 mindən çoxdur

Naxçıvan Muxtar Respublikasında 2018-ci ilin ötən dövrü ərzində Fond tərəfindən 1597 nəfər yeni əmək fəaliyyətinə başlayan sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin edilib. Bunlardan 584 sığortaolunan dövlət müəssisə və təşkilatlarında çalışanlar, 662 sığortaolunan özəl müssisədə çalışan sığortaolunanlar, 343 sığortaolunan fiziki şəxslər, 8 sığortaolunan isə torpaq mülkiyyətçisidir.
Bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun məlumatında qeyd olunub.

Bildirilib ki, 2018-ci il oktyabr ayında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu orqanlarında fərdi uçot sistemində qeydiyyata alınaraq sosial sığorta şəhadətnaməsi ilə təmin edilən sığortaolunanların sayı 172 min 309 nəfərə çatıb.

Eyni zamanda sığortaedənlər Naxçıvan Muxtar Respublikasının Elektron Hökumət Portalına (e-hokumet.nmr.az) və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun (www.dsmf.nakhchivan.az) internet səhifəsinə daxil olmaqla “Sığortaolunanın onlayn uçota alınması” elektron xidməti vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirə bilərlər. Həmçinin Fondun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özünün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək üçün “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə, hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları, həmçinin illər üzrə öz pensiya kapitalını izləyə bilər.

VIPedu.BIZ

Həmçinin oxuyun

Texniki baxışdan keçməklə bağlı YENİLİKLƏR

Yol polisi sürücülərə müraciət edərək Azərbaycanda avtomobillərin məcburi texniki baxışdan (TB) keçməsi qaydalarında dəyişiklikləri xatırladıb. …