Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Naxçıvanda seçkiqabağı təşviqatın başlanma və bitmə müddəti açıqlandı

Naxçıvanda seçkiqabağı təşviqatın başlanma və bitmə müddəti açıqlandı

Seçkiqabağı təşviqatla bağlı namizədlərə xəbərdarlıq edilib
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın başlanma və bitmə müddəti açıqlanıb.
APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilərdə seçkiqabağı təşviqat 2015-ci il oktyabr ayının 20-də başlanır və oktyabr ayının 31-i saat 800-də dayandırılır.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası seçkiqabağı təşviqatla bağlı namizədlərə xəbərdarlıq da edib. Xəbərdarlıqda qeyd edilib ki, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirir. Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması xarici dövlətlərə və xarici hüquqi şəxslərə, xarici vətəndaşlara, vətəndaşlığı olmayan şəxslərə, 18 yaşına çatmamış vətəndaşlara, beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara, dövlət hakimiyyəti orqanlarına, bələdiyyə qurumlarına və onların idarə və təşkilatlarına, hərbi hissələrə, xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara, seçki komissiyalarına, seçki komissiyasının üzvlərinə və digər vəzifəli şəxslərinə qadağan edilir. Bu qadağa seçkilərlə əlaqədar vətəndaş üçün ianə köçürənlərdən soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün ianə köçürənlərdən isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə də şamil edilir.
Qeyd edək ki, noyabrın 1-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər isə 45 seçki dairəsi üzrə keçiriləcək.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …

Bir cavab yazın